İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir
📌 Biz nə təklif edirik:
▪ Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
▪ Real korporativ mühitdə çalışmaq imkanı;
▪ Əmək vərdişlərinin aşılanması;
▪ Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
▪ Seçilmiş könüllüləri növbəti layihəyə cəlb olunma imkanı.
📌 Könüllülərin fəaliyyət göstərəcəyi istiqamətlər:
▪ İT Help desk;
▪ DevOps;
▪ İnformasiya Təhlükəsizliyi;
▪ İT Monitorinq;
▪ NetCore , C# üzrə Back-End proqramlaşdırma;
▪ React və əlaqəli texnologiyalar üzrə Front-End proqramlaşdırma;
▪ SQL proqramlaşdırma ( Mysql, PostgreSQL və digər Rdbms baza üzrə);
▪ Məlumat inzibatçılığı üzrə Database Admin;
▪ İT analitika;
▪ UI-UX dizayner.
📌 Bizim üçün uyğun könüllü:
▪ Yuxarıda göstərilən istiqamətlər üzrə təhsil alanlar, gələcək karyerasında bu sahə üzrə görənlər və ya yeni məzun olanlar;
▪ Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
▪ MC Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
▪ Ünsiyyət bacarığı;
▪ İntizamlılıq və tez öyrənmə bacarığı;
▪ Komanda şəklində işləmə bacarığı.
📌 Əlavə məlumatlar:
▪ İş qrafiki: 5 günlük iş həftəsi (natamam iş vaxtı ilə)
▪ Könüllü proqramı layihəsi 3 ayadək nəzərdə tutulmuşdur.
📌 Müraciət qaydası:
▪ Könüllü proqramı layihəsinə son müraciət tarixi: 01.04.2022-ci il;
▪ CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir[1];
▪ “Mövzü” bölməsində “İT sahəsi üzrə Könüllü Proqramı” qeyd edilməlidir;
▪ Müraciətlər nəzərdən keçirilərək, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
📍 Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.