İş haqqında məlumat
Tələbəsiniz?
Gələcəkdə karyeranızı Proqram Təminatlarının hazırlanması üzrə Biznes Analitik istiqamətində qurmağı planlaşdırırsınız?
Həyəcan dolu mühitdə işləmək və proyektlərdə iştirak etmək istəyirsiniz?
Mürəkkəb biznes proseslərin hazırlanmasından, sənədləşdirilməsindən və idarə edilməsindən zövq almaq istəyirsiniz?
Amma hardan başlamaq və nə edəcəyinizi bilmirsiniz?
Elə isə diqqətlə oxuyun.
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti Sizin individuallığınızı nümayiş etdirməyə, bacarıq və qabilliyyətlərinizi həyata keçirtməyə, əvəzsiz təcrübə qazanmağa və komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Siz, real layihələrdə tapşırıqlar ilə çalışacaq, nəzəri və praktik biliklərə yiyələnəcəksiniz. Şirkət tərəfindən təşkil olunan ekpert təlimlər sessiyasına qatılacaqsınız.
Vəzifə öhdəlikləri:
- Yeni layihələr üzrə biznes proseslərin təhlili və ya dəyişdirilməsi təklif olunan biznes proseslərin təhlili;
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
- Layihələr üzrə nəzərdə tutulmuş işlərin və dəyişikliklərin tətbiqi məqsədilə tapşırığın formalaşdırılması və bu prosesdə iştirak edən strukturlar ilə razılaşdırılması;
- Testləşmə işlərinin həyata keçirilməsi və çatışmazlıqlar aşkar olunduğu təqdirdə, onların aradan qaldırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
- Görülmüş işlər üzrə nəticələrinin sifarişçisi və təşkilatın digər aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasının və istismara buraxılmasının təşkili;
- Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
- Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
- Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;
- Dövri hesabatların hazırlanması
İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
Ofis Demirchi Towers-da yerləşir
CV-nizi və portfolionuzu e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda " Biznes Analitik" qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Tələblər
Vakansiya üzrə tələblər:
- İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Biznesin təşkili və ya bu sahələrə yaxın ixtisas üzrə Bakalavr təhsili
- Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət və yazışma bacarığı, rus dili biliyi arzuediləndir
- MS Office proqramları üzrə biliklər (MS Excel və MS Visio bacarıqlarının yüksək səviyyədə olması arzuediləndir)
- SQL/PL SQL üzrə biliklərin olması arzuediləndir
- Jira, Google Sheets/Docs/Forms, Miro, Figma kimi alətlərdən istifadə edə bilmə bacarıqları arzuediləndir
- Analitik düşünmə və problemin həlli istiqamətində düşünmə qabiliyyəti
- Komanda tərkibində işləmək bacarığı, məsuliyyətlilik
- Yeni texnologiyaları öyrənmə həvəsi
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti