· Mütəmadi olaraq bazar araşdırılmasının həyata keçirilməsi və hesabatın təqdim edilməsi;
· Formalaşdırılmış satış strategiyasına uyğun olaraq fərdi satış fəaliyyət planının formalaşdırılması, təsdiq edildikdən sonra icra edilməsi;
· Müştəri satış bazasının yaradılması və genişləndirilməsi, yeni müştərilərin və biznes tərəfdaşlarının aktiv axtarışı və cəlb edilməsi;
· Müştərilər üçün uyğun təqdimatların və təkliflərin hazırlanması;
· Görüşlərin təşkili və keçirilməsi, danışıqların aparılması, korporativ müqavilələrin bağlanması üzrə müvafiq addımların atılması;
· Xarici və daxili sorğuların cavablandırılması;
· Müxtəlif sərgilərdə, tədbirlərdə şirkətin təmsil edilməsi;
· Satış nöqtələrinin mütəmadi olaraq yoxlanılması;
· Satış nöqtələrinə baxış keçirilməsi zamanı yaranan çatışmamazlıqların aradan qaldırılması, ehtiyac olarsa təlimlərin təşkil edilməsi;
· Rəhbərliyə mütəmadi olaraq hesabatların hazırlanması və göndərilməsi.
CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini HR@gfs.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Korporativ satış üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.
· Dəqiqlik və yüksək məsuliyyət;
· Ünsiyyət bacarığı, müştərilərlə nəzakətli rəftar;
· Fikirlərini aydın və səriştəli ifadə etmək bacarığı;
· Əla təqdimat bacarıqları, potensial alıcını inandırmaq bacarığı;
· Korporativ satış sahəsində minimum 2 il təcrübə;
· Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
· Problemləri tez və effektiv həll etmək bacarığı;
· Stressə dözümlülük;
· Vaxtın düzgün idarə edilməsi bacarıqları;
· Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus dili biliyi arzuolunandır;
· MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür);
· Mütəmadi məhsul və texniki biliklərinin inkişaf etdirilməsi;
· Sahə üzrə təhsili, bilik və bacarıqları təsdiq edən Sertifikatlar/Diplomlar arzuolunandır.