IOS developer
Vəzifələri:
• Bankın Mobil tətbiqinin yaradılması və dəstəklənməsi;
• Tələb olunan proqram təminatının visual elementlərini hazırlamaq üçün UI/UX dizayn çərçivələrini kodlara çevirmək;
• Mövcud mobil tətbiqə yeni funksional imkanların əlavə edilməsi;
• Etibarlı və istifadəyə uyğun Unit-testlər hazırlamaq, üçüncü tərəfin məlumat mənbələri - APİ-ləri ilə çalışmaq;
• Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək;
• Məhsulun tərtibi üzrə təyin olunmuş komandada proqramçı, dizayner və biznes analitiklərlə birgə işləmək;
• Layihə və texniki sənədlərin hazırlanmasında iştirak.
Şəxsi anket forması hr@vtb.az elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Tələblər:
• Texniki ali təhsil;
• Mobil proqramlaşdırma dilləri üzrə iş təcrübəsi;
• Minimum 2 il Swift, Switft UI ilə korporativ iş təcrübəsi;
• Real-Time əməliyyatlar, WebSocket, Google Maps, Firebase servisləri ilə təcrübə;
• Rest API və SOAP ilə JSON strukturundan praktiki istifadə təcrübəsi;
• GitLab versiyalara nəzarət sistemindən istifadə təcrübəsi;
• AppStore-da yayımlanmış və istifadədə olan ən az 1 mobil tətbiq;
• JIRA ilə işləmə bacarığı;
• Agile metodologiyalar ailəsi ilə tanışlıq;
• Detallara diqqət, məsuliyyətlilik, tapşırıqları sona çatdırmaq qabiliyyəti, müstəqil və komandada işləmə bacarığı.