Əvvəlcə UX və UI-ın nə olduğuna baxaq. UX dizaynı "istifadəçi təcrübəsi dizaynı" , UI isə "istifadəçi interfeysi dizaynı" deməkdir. Bu iki sahə bir-birinə bənzəsə də aralarında kifayət qədər fərqlər mövcuddur və bu məqalədə onlardan da danışacağıq.
UI dizaynı ingilis dilindən tərcümədə (user interface) "istifadəçi interfeysi" deməkdir. İstifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. O, istifadəçilərin kliklədiyi düymələrdən, oxuduqları mətndən, şəkillərdən, sürgülərdən, mətn daxiletmə sahələrindən və istifadəçinin qarşılıqlı əlaqədə olduğu bütün qalan elementlərdən ibarətdir. Buraya ekran tərtibatı, keçidlər, interfeys animasiyaları və hər bir mikro qarşılıqlı əlaqə daxildir. İstənilən növ vizual element, qarşılıqlı əlaqə və ya animasiya dizayn edilməlidir.
“UX” ın açılışı user experience olduğundan “istifadəçi təcrübəsi” mənasını verir. İstifadəçi təcrübəsi dedikdə məhsulunla istifadəçi arasında əlaqə və məhsul istifadəsi proesesi nəzərdə tutulur. “UX” dizaynı istifadəçinin ehtiyaclarını dəstəkləməkdən ibarətdir və məhsulun istifadə məqsədindən kənara çıxmamalıdır.
UX dizayner məhsulun yaranması üçün ilk mərhələdən sonadək iştirak edir və əsas məqsədi məhsul istifadəsini maksimal olaraq sadələşdirmək, prosesləri hədəf kütlə üçün əlçatan etməkdir.İndi isə gəlin bir neçə mərhələ ilə tanış olaq. İlkin olaraq dizayner biznes ilə tanış olur və məhsulla bağlı ümumi məlumat toplayır. Hədəf kütlə və biznesin ehtiyacı müəyyən olunduqdan sonra yaradılacaq və ya inkişaf etdiriləcək məhsulun uyğunlaşdırılma mərhələsi başlayır. Paralel olaraq isə rəqiblər və oxşar məhsullar , bizneslər analiz edilir. Növbəti mərhələlərdən biri isə personaların yaradılmasıdır. Persona məhsuldan istifadə edəcək insanları təmsil edir. Dizayn və istifadə mərhələləri tərtib olunarkən personanın düzgün seçilməsi çox önəmlidir. Digər mərhələdə istifadəçi xəritələri hazırlanır. Burada istifadəçinin müəyyən bir əməliyyatı aparmaq üçün hansı mərhələlərdən keçdiyi göstərilir.
UI dizayn mütəxəssisləri interaktiv elementlərin yaradılmasına, layihələndirilməsinə və təşkilinə cavabdehdirlər, adətən layihə üçün vizyonu tərtib edən UX dizaynerləri ilə sıx əməkdaşlıq edirlər.Dizayn prosesi davam etdikcə, UI dizayn mütəxəssisləri düymələr, tablar, menyular, sürüşdürmə çubuqları, sürüşmələr və axtarış sahələri kimi interaktiv dizayn elementlərini hazırlamaqla istifadəçi interfeysləri üzərində işləyirlər. Vəzifə və iş təcrübəsindən asılı olaraq həm də şriftlər, tərtibatlar, rəng, qrafik dizayn elementləri, şəkillər, animasiyalar və ikonlar ilə bağlı tərtibatlar da UI dizaynerin öhdəliyində ola bilər.
UX dizaynerin yumşaq bacarıqlarının əsasında empatiya qurmaq dayanır. Bu dizaynerə istifadəçi problemlərini tapmaq və həll etməkdə kömək olacaq. Dizaynın məqsədi məhsuldan yalnız təcrübəli insanların deyil də hərkəsin istifadə edə bilməsini təmin etmək olmalıdır. Növbəti isə vizual ünsiyyət bacarığıdır ki, istifadəçilərə böyük təsir göstərən interaktiv prototiplər və maketlər yaratmağa kömək edir. Vizual ünsiyyət plan, rəng, tipoqrafiya, nişanlar, şəkillər və dizayn nəzəriyyəsi haqqında anlayışı əhatə edir. UX dizayneri istifadəçi tədqiqat bacarıqlarına sahib olmalıdır, çünki dizaynlar aparılan tədqiqatlar əsasında yaradılır. Tədqiqat istifadəçilər, onların ehtiyacları, gözləntiləri, motivasiyaları və s. haqqında məlumat verir. Bu məlumatlar UX dizaynerinə istifadəçilər üçün daha uyğun və xoşagələn dizaynlar hazırlamağa kömək edir. Əlavə olaraq qeyd edim ki, kodlaşdırma bacarığı ux/ui dizayner üçün tələb deyil, sadəcə dizayn zamanı yuvarlaq ədədlərdən istifadə sizin dizaynınızı developerlər üçün daha rahat edəcək və həmçinin bu zaman dizayn gözə daha yaxşı görünəcək.
Onlayn olaraq bir çox resurslar ilə tanış olub bilik və bacarıqlarınızı artıra bilərsiniz. Əsas istifadə olunan proqramlardan biri Figmadır. Figmanın xüsusiyyətləri kifayət qədər genişdir və daim yenilənməkdədir. “Figma community” isə sizə hazır şablonlar ilə təcrübəsi az olanlar üçün faydalı olacaqdır. Bundan əlavə olaraq dizaynlarınızda Sketch, Whimsical, UXPin, Adobe XD, Balsamiq kimi proqramlardan da istifadə edə bilərsiniz.
Dribble və Behance platformaları digər dizaynerlərin işlərinə baxıb analiz etmək və ilham almaq üçün tövsiyə olunur. Həmçinin öz protfolionuzu bu saytlarda yaratmaq sizə işlərinizi təqdim etməkdə yardımçı olacaqdır.
UX kurslari olaraq Google-un UX/UI design kursundan və Udemydəki əlaqədar kurslardan yararlana bilərsiniz. Həmçinin Youtube-da dizaynla bağlı bir çox kanallar da köməyinizə çatacaq. Həmin kanallar və istifadə edə biləcəyiniz digər online resursların linkini aşağı yerləşdirirəm: Açağıda bəzu UX kurslarini sizinlə bölüşürük.
SEO xidməti, SMM xidməti, Digital marketinq xidmətlərini öyrənin.
Backend kursu üçün indi məlumat alın.
Hazırladı: Nərmin Ağarəhimova
Bu sahədə olan vakansiyalara ekaryera.az saytında dizayn və yaradıcılıq kateqoriyasından baxa bilərsiniz.