Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası Üzvlərlə əlaqələr üzrə menecer vakansiyası elan edir.
Komandamıza qoşulmaqla uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəksiniz.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Üzvlərlə əlaqələr üzrə menecer” qeyd etməklə vacancy@kobska.az elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 5 fevral, 2022
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) sahibkarların maarifləndirilməsi, inkişaf etdirilməsi, müasir səriştələrin aşılanması, şəbəkələşmə, mübadilə və kommunikasiya, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma ilə çıxış etmək iddiasını əks etdirir. Assosiasiyanın əsas məqsədi ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir.
KOBSKA haqqında ətraflı məlumat üçün www.kobska.az saytına daxil olun.
Əsas vəzifə və öhdəliklər:
KOBSKA-ya üzvlərin cəlbi strategiyasının işlənib hazırlanması;
Assosiasiyaya yeni üzvlərin cəlb edilməsi;
Assosiasiyanın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi;
Yeni üzvlərin sistemli şəkildə bazaya əlavə olunması;
Məlumat bazasının idarə olunması;
Üzvlüklə bağlı müvafiq statistikanın hazırlanması;
Sahibkarların müvafiq tədbirlərdə (beynəlxalq və ölkədaxili) iştirakının təmin edilməsi;
Üzvlər ilə işin qarşılıqlı əlaqələndirilməsi;
Tədbirlərin, görüşlərin planlaşdırılması və koordinasiyası;
Üzvlər arasında sorğu, təhlil və statistikanın aparılması;
Üzvlərə zəruri məlumatın verilməsini təmin etmək;
Müvafiq inzibati faylların (daxil olan və gedən yazışmaların) təşkili və aparılması;
İş prosesində cari tapşırıqların yerinə yetirilməsi;
Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
Dövri hesabatların hazırlanması və təhlili;
Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi
Tələb olunan bilik və bacarıqlar:
Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
Azərbaycan və ingilis dillərində effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
MS Office proqramlarında müstəqil şəkildə işləmə bacarığı;
İşgüzar münasibətlərin qurulması və danışıqların aparılması bacarığı;
Güclü araşdırma, analitik yanaşma və təhlil;
Komandada işləmək bacarığı;
Müxtəlif biznes sektorları haqqında məlumatlılıq və anlayışın olması;
Kommunikasiya və satış bacarıqları;
Güclü təşkilatçılıq və liderlik bacarıqları;
Punktuallıq və detallara qarşı diqqət;
Çeviklik və sıx qrafiklərdə yüksək performans;
Vaxtın səmərəli idarəsi və müəyyən edilən son tarixlərə riayət edilməsi;
İş şərtləri:
AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, Şənbə günləri 10:00- 13:00-dək
Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.